NƏQLİYYAT VASİTƏSİNİN
İCARƏ
MÜQAVİLƏSİ
«İcarəyə verən» “Goodvey”
MMC və müqavilənin birinci səhifəsində qeyd olunan «İcarəçi»
arasında imzalanmış Nəqliyyat vasitəsinin icarə müqaviləsinə (bundan sonra «Müqavilə» adlanacaq) əsasən «İcarəyə verən» müqavilənin birinci səhifəsində müəyyən olunan nəqliyyat
vasitəsini «İcarəçi»nin
istifadəsinə verməyi, «İcarəçi» isə həmin əmlakı qəbul
edib müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını «İcarəyə
verən»ə ödəməyi öhdəsinə götürür.
I. TƏRƏFLƏRİN HÜQUQ VƏ
VƏZİFƏLƏRİ
1.1. «İcarəyə verən»in hüquqları:
1.1.1. Bu müqavilənin birinci səhifəsində göstərilən
daşınar əmlakı müddətli sahib olmaq və müqavilə şərtlərinə və yol hərəkəti təhlükəsizlik
qaydalarına uyğun istifadə edilməsi üçün «İcarəçi»yə verir.
1.1.2. «İcarəçi» ilə yanaşı daşınar əmlakdan
istifadə hüququnu özündə saxlayır;
1.1.3. «İcarəçi» bu müqavilə üzrə
üzərinə götürdüyü vəzifələrin icrasından boyun qaçırdıqda və ya lazımınca yerinə
yetirmədikdə İcarəyə verən müqaviləyə birtərəfli qaydada
xitam verə və avtomobili dərhal geri götürə bilər.
1.1.4. Bu müqavilənin 1.1.3.-cü maddəsinə əsasən
avtomobilin geri qaytarılma tələbinə İcarəçi tərəfindən məhəl qoyulmadıqda və
ya bu tələb barədə məlumat vermək məqsədi ilə müqavilədə qeyd edilmiş telefon
nömrələri ilə əlaqə saxlanıla bilinmədikdə İcarəyə verən xəbərdarlıq etmədən təxliyyə
avtomobili vasitəsilə və ya ehtiyat açar ilə avtomobili yerləşdiyi yerdən istənilən
ünvana apara bilər.
1.1.5. İcarə haqqının müqavilədə nəzərdə tutulmuş müddətdə
və miqdarda ödənilməsini «İcarəçi»dən tələb edir.
1.1.6. İstifadə hüququnun girov qoyulmasını «İcarəçi»yə
qadağan edir.
1.2. «İcarəyə verən»in vəzifələri:
1.2.1. Avtomobili istifadə
üçün tam yararlı və texniki təhlükəsizlik normaları təmin olunan vəziyyətdə
«İcarəçi»yə təhvil verir.
1.2.2. Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri
vaxtında və lazımınca yerinə yetirir və onların pozulmasına yol vermir.
1.2.3. Nəqliyyat vasitəsini idarə etmək üçün
tələb olunan sənədləri «İcarəçi»yə təhvil verir.
1.3. «İcarəçi»nin hüquqları:
1.3.1. Avtomobili istifadəsinə qəbul edir və
ondan müqavilə şərtlərinə, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş nəqliyyat vasitəsinin istismar qaydaları və
yol hərəkət qaydalarına
uyğun olaraq istifadə edir.
1.4. «İcarəçi»nin vəzifələri:
1.4.1. Nəqliyyat vasitəsini idarə etmək üçün müqavilədə qeyd olunmuş şəxslərin
şəxsiyyətini təsdiq edən sənədini və beynəlxalq sürücülük vəsiqəsini «İcarəyə verən»ə təqdim edir.
1.4.2. Bu müqavilədə nəzərdə
tutulmuş qaydada və miqdarda icarə haqqını ödəyir.
1.4.3. Müqavilənin qüvvədə olduğu müddətdə
avtomobili yanacaqla təmin edir.
1.4.4. Avtomobildən müqavilə şərtlərinə uyğun
olaraq istifadə edir və onun qəsdən yararsız hala gətirilməsinə yol vermir.
1.4.5. İstifadə hüququnu girov qoymur.
1.4.6. «İcarəyə verən»in razılığı olmadan istifadə
etdiyi daşınar əmlakı digər şəxslərə icarəyə (subicarə) vermir.
1.4.7. Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri
vaxtında və lazımınca yerinə yetirir və onların pozulmasına yol vermir.
1.4.8. Tərəflər arasında əlavə
yazılı razılaşma yoxdursa nəqliyyat vasitəsini yalnız Azərbaycan
Respublikasının sərhədləri daxilində idarə edir.
1.4.9. Nəqliyyat vasitəsini
alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən
digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmir.
1.4.10. İcarə obyektindən yürüşlərdə, idman
yarışlarında, yolsuzluq şəraitində və heyvan ovu üçün istifadə etmək, heyvan
daşımaq, qəbul olunmuş çəkidən artıq yük daşımaq, yük və sərnişin daşıma xidmətləri
göstərmək və digər nəqliyyat vasitəsini yedəyə almaq qadağandır. Qeydiyyat sənədində
nəzərdə tutulmuş saydan artıq sərnişin daşınılması yolverilməzdir.
Bu tələblər pozulduğu halda İcarəçi İcarəyə verənə 1000 (min) manat məbləğində
cərimə ödəyir.
1.4.11. İcarə müddətində
müqavilədə qeyd olunmamış şəxs tərəfindən icarə obyektinin istifadə olunmasına
yol vermir. İcarə müddətində Müqavilədə qeyd olunmamış şəxsin nəqliyyat vasitəsindən
istifadəsi zamanı törədilmiş qanunazidd əmələ görə «İcarəçi»
məsuliyyət daşıyır.
1.4.12. İcarə müddətində
icarəyə götürülmüş nəqliyyat vasitəsi ilə bağlı yaranan bütün zədələr barədə «İcarəyə
verən»ə məlumat verir.
II. ÖDƏNİŞ
2.1. Tərəflər
arasında olan bütün hesablaşmalar müəyyən olunmuş nağd və ya nağdsız ödəniş
qaydası əsasında həyata keçirilir.
2.2. İcarə
müqaviləsi üzrə ödəniş əvvəlcədən həyata keçirilməlidir. «İcarəçi» icarə
müqaviləsinin müddətini üzatmaq istədikdə, əlavə müddət üzrə hesablanmış icarə
haqqı məbləğini əvvəlcədən ödəməlidir.
2.3. İcarə
müqaviləsi bağlanan zaman icarəçi icarəyə verənə depozit məbləği ödəməlidir.
Depozit məbləği icarə haqqından əlavə ödənilir və müqaviləyə xitam verilərkən nəqliyyat
vasitəsinə zərər vurulmamışsa və icarə müqaviləsinə əsasən əlavə məbləğ
tutulmalı deyilsə tam hissədə icarəçiyə geri qaytarılır. Depozit məbləği nağd ödənildikdə
120 saat ərzində, plastik kart vasitəsilə ödənildikdə 1 ay ərzində geri
qaytarılır.
2.4. İcarə
müqaviləsi üzrə «İcarəçi»nin «İcarəyə verən»ə əlavə borcu yaranarsa və bu məbləğ
dərhal ödənilməlidir. Əks halda «İcarəçi» «İcarəyə verən»in xeyrinə hər ötən
gün üçün borc məbləğinin 0.1 % həcmində dəbbə pulu (peniya) ödəyəcək.
2.5. Nəqliyyat
vasitəsi geri qaytarılarkən çəndə olan yanacaq icarəyə verilən zaman mövcud
olan miqdardan az olduqda yanacağın çatışmayan hissəsinin dəyəri Azərbaycan
Respublikası Tarif Şurasının müəyyən etdiyi qiymət və vergilərə uyğun
hesablanmaqla «İcarəçi» tərəfindən «İcarəyə verən»ə ödənilməlidir.
III. DİGƏR ŞƏRTLƏR
3.1. İcarə
müddətində «İcarəçi»nin hərəkət və ya hərəkətsizliyi nəticəsində nəqliyyat
vasitəsi ilə bağlı dövlət orqanları və üçüncü şəxslər qarşısında yaranan bütün
öhdəliklər «İcarəçi» tərəfindən tam hissədə ödənilməlidir.
3. 2. «İcarəçi» icarə müddətində yol hərəkət
qaydalarını pozarsa, törətdiyi qayda pozuntusuna görə tam məsuliyyət daşıyır.
Əgər «İcarəçi» icarə müddəti ərzində icarə obyekti ilə bağlı törətdiyi qayda
pozuntusuna görə dövlət orqanları tərəfindən hüquqi məsuliyyətə cəlb olunmuşsa,
İcarə müqaviləsinə xitam verilən zaman «İcarəyə verən»ə bu barədə ətraflı və dəqiq
məlumat verməlidir.
3.3. «İcarəçi»
tərəfindən törədilmiş qayda pozuntusu barədə məlumat «İcarəyə verən»ə icarə
müqaviləsinə xitam verildikdən sonra məlum olduqda, «İcarəyə verən» «İcarəçi»ni
həmin qayda pozuntusu barədə dərhal məlumatlandırır və «İcarəçi» həmin tarixdən
10 gün ərzində cərimə məbləğini tam hissədə ödəməlidir.
3.4. «İcarəçi» icarəyə götürdüyü nəqliyyat
vasitəsini müqavilədə nəzərdə tutulmuş gün və saatda geri qaytarmalıdır. İcarəçi İcarəyə
götürdüyü nəqliyyat vasitasini Müqavilədə göstərilən qaytarılma zamanından 59 (əlli
doqquz) dəqiqədən geç qaytararsa növbəti tam gün üçün ödəniş etməlidir.
3.5. İcarəçi nəqliyyat vasitasini Müqavilədə göstərilən
müddətdən artıq saxlayıb İcarəyə Verənə xəbər vermədiyi və bu barədə İcarəyə
verənin razılığı olmadığı halda, bu hadisə nəqliyyat vasitəsinin qaçırılması
kimi sayılacaq.
3.6 «İcarəçi»
icarəyə götürdüyü nəqliyyat vasitəsini müqavilədə nəzərdə tutulmuş ünvanda geri
qaytarır. Müqavilədə nəzərdə tutulmamış ünvanda nəqliyyat vasitəsini təhvil
vermək istədikdə bu barədə «İcarəyə verən»ə məlumat verir və məsafədən asılı
olaraq 20 manatdan 50 manatadək məbləğdə əlavə ödəniş etməklə digər ünvanda təhvil
verə bilər.
3.7. «İcarəçi» nəqliyyat vasitəsini «İcarəyə
verən»in müəyyən etdiyi iş vaxtında geri qaytarmalıdır. «İcarəçi»nin nəqliyyat
vasitəsini qeyri-iş vaxtında geri qaytarmaq niyyəti olduqda bu barədə «İcarəyə
verən»ə məlumat verir və tərəflərin razılığı ilə əlavə ödəniş etməklə müəyyən
olunmuş ünvanda qeyri iş vaxtında geri qaytarır.
3.8. Nəqliyyat parkına nəzarət edilməsi və təhlükəsizliyin
təmin olunması məqsədi ilə nəqliyyat vasitəsinə İcarəyə verən tərəfindən gps
monitorinq avadanlığı quraşdırıla bilər və icarə obyektinin yerləşdiyi ünvana və
hərəkət sürətinə nəzarət olunmasına İcarəçi etiraz etmir.
3.9. İcarə müqaviləsi üzrə icarəyə verilmiş nəqliyyat
vasitəsi icarə müddətində yararsız hala düşərsə «İcarəyə verən»in könüllü təşəbbüsü
və «İcarəçi»nin razılığı ilə digəri ilə əvəz oluna bilər.
IV. ZƏRƏRİN ƏVƏZİNİN ÖDƏNİLMƏSİ.
4.1. Nəqliyyat vasitəsi geri qaytarıldıqda təhvil
alınmış vəziyyətlə müqayisədə aşkar olunan pisləşmə halı «İcarəçi» tərəfindən
tam hissədə aradan qaldırılmalıdır.
4.2. Vurulmuş zərər və əlavə tutulmalar depozit
məbləğindən az olduqda müqaviləyə xitam verilərkən «İcarəyə verən» həmin məbləği
depozit məbləğindən tutur, istifadə edilməmiş qalığı «İcarəçi»yə geri qaytarır.
Vurulmuş zərər və əlavə tutulmaların məbləği depozit məbləğindən artıq olduqda «İcarəyə
verən» depozit məbləğini tam hissədə özundə saxlayır və əlavə məbləği «İcarəçi»dən
tələb edir.
4.3.
Yol nəqliyyat hadisəsi
baş verdikdə “İcarəçi” “İcarəyə verən”i və sığorta şirkətini dərhal xəbərdar
etməlidir. Hadisə zamanı “İcarəçi” tərəfindən sığorta şirkətinin müəyyən etdiyi
tələblərə uyğun hərəkət edilməlidir. Baş vermiş sığorta hadisəsi ilə bağlı dəymiş
zərərin ödənilməsi üçün Sığorta şirkətinin tələb etdiyi sənədlərin dövlət
orqanlarından əldə edilməsi vəzifəsini “İcarəçi” öz öhdəsinə götürür. Sığorta
şirkəti ödəniş etməkdən imtina etdikdə dəymiş zərər “İcarəçi” tərəfindən tam həcmdə
ödənilməlidir.
4.4.
Dəymiş zərər sığorta şirkəti
tərəfindən ödənildikdə «İcarəçi» franşiza (azadolma) məbləğini tam hissədə ödəməlidir.
4.5.
İcarə müqaviləsini bağlayan zaman avtomobil kasko sığortalanmadan icarəyə
götürülərsə nəqliyyat vasitəsinə vurulmuş zərər tam həcmdə «İcarəçi» tərəfindən
ödəniləcəkdir.
4.6.
İcarə müqaviləsi üzrə
icarə müddətində nəqliyyat vasitəsinə İcarəçinin günahından zərər dəyərsə nəqliyyat
vasitəsi təmirdə olduğu müddət üçün icarə haqqı tam hissədə «İcarəçi» tərəfindən
ödəniləcək. Avtomobil təmirdə olduğu müddətdə icarə müddəti bitərsə «İcarəçi»
avtomobilin təmirdən çıxdığı tarixədək hər ötən gün üçün «İcarəyə verən»in rəyinə
əsasən günlük icarə haqqının 50%-nə qədər hissəsində əlavə ödəniş etməlidir.
4.7
İcarə müqaviləsi üzrə
icarə müddətində nəqliyyat vasitəsinə zərər dəyərsə təmir işləri «İcarəyə verən»in
müəyyən etdiyi təmir mərkəzində həyata keçirilməlidir. Ehtiyat hissələrinin
alınmasını və təmir işlərinin aparılmasını digər ünvanda həyata keçirmək barədə
«İcarəçi»nin təşəbbüsü olduqda və «İcarəyə verən» buna etiraz etmədikdə «İcarəçi»
«İcarəyə verən»in təmir və ehtiyat hissələrinin keyfiyyətinə dair tələbləri ilə
razılaşmalıdır. Yerinə yetirilmiş təmir
işləri və quraşdırılmış ehtiyat hissələrinin keyfiyyəti «İcarəyə verən»in tələblərinə
uyğun olmadıqda avtomobil «İcarəyə verən»in müəyyən etdiyi təmir mərkəzinə
aparılır və uyğunsuzluqları aradan qaldırmaq üçün xərclər (təmir, ehtiyat hissələrinin
qiyməti və hər boşdayanma gününə görə icarə haqqının 50%-ə qədər hissəsi) «İcarəçi»
tərəfindən tam hissədə ödənilir.
V. MÜQAVİLƏNİN DƏYİŞDİRİLMƏSİ,
XİTAMI, UZADILMASI VƏ ƏLAVƏ ŞƏRTLƏRİ.
5.1.
Bu müqavilə
bağlandığı andan qüvvəyə minir.
5.2.
Fors-major
hallarında tərəflər müqavilə şərtlərinin yerinə yetirilməməsinə görə bir-biri
qarşısında heç bir maddi və digər məsuliyyət daşımırlar.
5.3.
Bu müqavilənin şərtlərinin
dəyişdirilməsinə, ona əlavələr edilməsinə tərəflərin razılığı ilə yol verilir.
Müqaviləyə edilən bütün əlavə və dəyişikliklər tərəflərin imzası ilə təsdiq
edildikdən sonra hüquqi qüvvəyə minir və müqavilənin ayrılmaz və tərkib hissəsi kimi müqaviləyə əlavə
olunur. Birtərəfli qaydada edilən əlavə və dəyişikliklərin heç bir hüquqi qüvvəsi
yoxdur.
VI. MÜBAHİSƏLƏRİN HƏLLİ
6.1. Bu müqavilənin
icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla
həll edilir. Bu müqavilənin icra yeri «İcarəyə verən»in hüquqi ünvanı (Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi pr. 1058) sayılır və Tərəflər
Müqavilə ilə bağlı meydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə
bilmədikdə mübahisələr Bakı şəhəri Nəsimi rayon məhkəməsində həll edilir.
6.2. Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənəcəkdir.
VII. Gizlilik Siyasəti
1. «İcarəyə verən» «İcarəçiyə» aid olan hər hansı bir ödəniş məlumatını saxlamağa haqqı yoxdur.
NƏQLİYYAT VASİTƏSİNİN TƏHVİL-TƏSLİM ŞƏRTLƏRİ
1.
Nəqliyyat vasitəsindən
İcarə müqaviləsinin şərtləri və istismar qaydalarına uyğun istifadəsi zamanı
yaranan köhnəlmə üzrə baş vermiş dəyişikliklər barəsində “İcarəçi” məsuliyyət
daşımır.
2.
“İcarəçi” tərəfindən
vurulmuş zərərin aradan qaldırılması üçün hesablanmış məbləğ “İcarəyə verən”in
təqdim etdiyi sənəd əsasında ödənilməlidir.
3.
Əgər “İcarəçi”
“İcarəyə verən”in yazılı razılığı olmadan icarə obyektini öz vəsaiti hesabına
yaxşılaşdırıbsa və bu icarə obyektinə zərər vurmadan ayrıla bilmirsə, icarə
müqaviləsinə xitam verildikdən sonra “İcarəçi” bu yaxşılaşdırmaların dəyərinin
ona ödənilməsini tələb etmək hüququna malik deyildir.
4.
Geri qaytarılarkən avtomobil təmizlik vəziyyəti
icarəyə götürülərkən mövcud olan eyni vəziyyətdə olmalıdır. Əks halda
avtomobilin təmizlənmə xərcləri “İcarəçi” tərəfindən ödənilməlidir. Avtomobilin
salonu həddindən artıq çirk vəziyyətdə olarsa və bu normal avtoyuma ilə təmizlənməzsə
xüsusi kimyavi təmizlənmə xərcləri “İcarəçi” tərəfindən ödənilməlidir.
5.
“İcarəçi” avtomobilin
bütün maye səviyyələrinin (yağ, su və s.) tələb olunan miqdarda olmasına nəzarət
etməli və zərurət olduqda bu haqda “İcarəyə verən”ə məlumat verməlidir. Buna əməl
edilməməsi nəticəsində yaranan hər hansı bir ziyan “İcarəçi” tərəfindən ödənilməlidir.
6.
“İcarəçi” nəqliyyat vasitəsini
geri qaytararkən icarə obyektinə aid təhvil aldığı əşyalar və sənədlər ilə
birlikdə təhvil verməlidir. Əgər icarə obyektinə aid əşyaların hazırki bazar
qiymətini və ya sənədlər (dövlət qeydiyyat nişanı daxil olmaqla) geri qaytarılmadıqda
“İcarəyə verən” hər bir sənəd üçün 400 manat cərimə məbləğini “İcarəçi”dən tələb
etmək hüququna malikdir. Avtomobilin açarı təhvil verilmədiyi halda 500 manat məbləğində
cərimə ödənilməlidir.